Misli Premyer Liqası: “Neftçi” “Araz-Naxçıvan” görüşündə qalib müəyyən olunmadı

Misli Premyer Liqası: “Neftçi” “Araz-Naxçıvan” görüşündə qalib müəyyən olunmadı






presstv

"Presstv"az #"Qarabağ", #Araz-Naxçıvan, #Audi, #Emin Mahmudov, #Hakim, #İmişli, #Neftçi, #Premyer Liqası, #Qəbələ, #Şamaxı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Misli Premyer Liqasında VIII tura yekun vurulub.

presstvaz xəbər verir ki, turun bağlanış matçında “Neftçi” və “Araz-Naxçıvan” kollektivləri qarşılaşıblar.

“Palms Sports Arena”da keçirilən oyunda 2:2 hesablı bərabərlik qeydə alınıb.

Ev sahiblərinin heyətində Bassala Sambu (19) və Emin Mahmudov (55) fərqləniblər. Qonaqların heyətində isə Ba-Muaka Simakala (36, 47) dubl müəllifi olub.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Kəpəz” “Şamaxı”nı, “Sumqayıt” “Karvan-Yevlax”ı (4:1), “Qarabağ” “Turan Tovuz”u (2:1), “Sabah” isə “Zirə”ni (3:0) məğlub edib. “İmişli” – “Qəbələ” görüşündə isə qalib müəyyənləşməyib – 2:2.

18:12

Misli Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

presstvaz xəbər verir ki, “Bank Respublika Arena”da “Zirə”ni qəbul edən “Sabah” 3:0 hesablı qələbəyə sevinib.

Meydan sahiblərinin heyətində Aron Maluda (42) və Velko Simiç (45+2, 75) fərqləniblər.

“Bayquşlar” 14 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıblar. “Zirə” isə 13 xalla altıncıdır.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Kəpəz” “Şamaxı”nı, “Sumqayıt” “Karvan-Yevlax”ı (4:1), “Qarabağ” “Turan Tovuz”u (2:1) məğlub edib. “İmişli” – “Qəbələ” görüşündə isə bərabərlik qeydə alınıb – 2:2.

08:00

Bu gün Misli Premyer Liqasında VIII turun son oyunları keçiriləcək.

presstvaz xəbər verir ki, turun sonuncu oyun günündə “Sabah” klubu “Zirə”ni, “Neftçi” isə “Araz-Naxçıvan”ı qəbul edəcək.

Qeyd edək ki, növbəti turun oyunlarına oktyabrın 24-də start veriləcək.

19 oktyabr

16:00; “Sabah” – “Zirə”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev

VAR: Rauf Cabarov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Bank Respublika Arena”.

18:30; “Neftçi” – “Araz-Naxçıvan”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov

VAR: Nicat İsmayıllı

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Elçin Məmmədov

“Palms Sports Arena”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv