DÇ-2026-ya vəsiqə qazanan yığmaları böyük pullar gözləyir

DÇ-2026-ya vəsiqə qazanan yığmaları böyük pullar gözləyir






presstv

"Presstv"az #ABŞ, #Argentina, #Audi, #Avto, #Dollar, #Futbol, #Kanada, #Meksika, #Qətər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

FIFA-nın gələn il keçiriləcək futbol üzrə dünya çempionatına (DÇ-2026) böyük məbləğdə mükafatlar ayıracağı gözlənilir.

presstvaz “Sözcü” qəzetinə istinadən xəbər verir ki, dünyanın ali futbol təşkilatı final mərhələsinə təxminən bir milyard dollar pul ayıracaq.

Məlumata görə, DÇ-2026-ya vəsiqə qazanan yığmaların hər biri avtomatik olaraq 13 milyon dollara sahib çıxacaq.

Qrup mərhələsində hər qələbəyə iki milyon, heç-heçəyə isə bir milyon dollar veriləcəyi vurğulanır.

FIFA 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatına 440 milyon dollar pul mükafatı ayırıb. Son dünya çempionu Argentina təxminən 42 milyon dollar qazanıb. DÇ-2026-nın qalibinin isə təxminən 80 milyon dollar qazanacağı gözlənilir.

FIFA rəsmi rəqəmləri dekabrın 5-də keçiriləcək qrup mərhələsinin püşkatma mərasimindən sonra açıqlayacaq.

Ali futbol qurumunun DÇ-2026-da mükafat bölgüsünün təxminən belə olacağı iddia edilir:

Qrup oyunları: Turnirə vəsiqə qazanmaq 13 milyon dollar. Qrupda hər qələbəyə iki milyon dollar, heç-heçəyə bir milyon dollar;

1/8 finala vəsiqə: Hər komandaya 7.5 milyon dollar;

1/4 finala vəsiqə: Hər komandaya 13 milyon 125 min dollar;

Yarımfinala vəsiqə: Hər komandaya 21 milyon dollar;

Finala vəsiqə: Uduzan komandaya 30 milyon dollar;

Çempion: 40 milyon dollar.

Qeyd edək ki, DÇ-2026-da 48 milli komanda iştirak edəcək. Turnir iyunun 11-dən iyulun 19-dək üç ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv