Amerikalı məşhur aktyor Robert De Niro Bakıda restoran açacaq

Amerikalı məşhur aktyor Robert De Niro Bakıda restoran açacaq






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Peru, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Amerikalı kino ulduzu Robert De Niro Bakıda restoran açmağa hazırlaşır.

presstvaz xəbər verir ki, bu barədə Xalq artisti Emin Ağalarov “Instagram” hesabında məlumat verib.

O, “Nobu Matsuhisa”, Robert De Niro və Meyr Teper tərəfindən yaradılan məşhur “Nobu” brendinin Azərbaycanda və Monteneqronun aparıcı kurort bölgələrində fəaliyyətə başlayacağını açıqlayıb.

“Sea Breeze”in qurucusu Emin Ağalarov ilə “Nobu” brendinin əməkdaşlığı uzun bir tarixə malikdir. Hələ 2009-cu ildə tərəfdaşlar Rusiyada ilk “Nobu” restoranını açmış, 2015-ci ildə isə ikinci layihəni şəxsən brendin təsisçilərinin iştirakı ilə təqdim etmişdilər. Çoxillik dostluq və əməkdaşlıq yeni bir fəslə – Bakıda və Monteneqroda “Sea Breeze” ərazisində “Nobu” layihələrinə başlanğıc qoyub.

“Nobu” brendi altında Azərbaycandakı “Sea Breeze”də 80 nömrəlik hotel, həmçinin brendin firma üslubunda – təbii materiallar, lakonik dizayn, rahatlıq və zərifliyin vəhdəti olan beş villa daxil olmaqla 100 rezidensiya təqdim ediləcək. Qonaqlar və sakinlər üçün cəlbedici məkan şəbəkənin baş aşpazından yapon-Peru mətbəxinin təamlarının təqdim ediləcəyi “Nobu” restoranı, həmçinin dəbli bar və istirahət zonası olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv