Rusiyada maraqlı oğurluq hadisəsi: Qarətçiyə tələb etdiyindən artıq pul təklif olunub, lakin götürməyib

Rusiyada maraqlı oğurluq hadisəsi: Qarətçiyə tələb etdiyindən artıq pul təklif olunub, lakin götürməyib






presstv

"Presstv"az #Audi, #Hadisə, #Oğurluq hadisəsi, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Novokuznetsk şəhərində maraqlı oğurluq hadisəsi baş verib.

presstvaz-ın xəbərinə görə, bu barədə “Baza” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, üzündə maska və əlində silah olan oğru təmkinli şəkildə şəhərin Kirov küçəsində yerləşən banklardan birinə basqın edib. O, qadın işçilərə silah tuşlayıb və 100 min rubl (2100 manat) tələb edib.

Lakin bu zaman qadın işçilərdən gözlənilməz cavab gəlib.

“Bizim daha çox pulumuz var!” – deyə qadınlar ona daha çox məbləğ təklif ediblər.

“Lazım deyil”, – deyə nəzakətli cinayətkar imtina edib və tələb etdiyi puldan artığını götürməyib.

Daha sonra işçilər onu pulları oğurlamaq fikrindən tamamilə daşındırmağa çalışıblar. Lakin bu zaman o dözməyib və tələb etdiyi pulu almayacağı təqdirdə atəş açacağını deyib.

Nəticədə oğru istədiyi məbləği götürərək gözdən itib.

Polis artıq qarətçini axtarır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv