MİDA Azərbaycanın azad edilmiş ərazilərində üç layihəni başa çatdırıb

MİDA Azərbaycanın azad edilmiş ərazilərində üç layihəni başa çatdırıb






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Bələdiyyə, #Böyük Qayıdış, #Cəbrayıl, #Füzuli, #Uşaq bağçası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Böyük Qayıdış” proqramı çərçivəsində Füzuli və Cəbrayıl rayonlarında, həmçinin Xocalı şəhərində 3 layihəni uğurla başa çatdırıb”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu barədə MİDA-nın aparat rəhbəri Fərman Qurbanlı III Milli Şəhərsalma Forumunun (NUFA3) ikinci iş günündə bildirib.

“Ümumilikdə 1 700-dən çox ailə azad edilmiş ərazilərdə Agentlik tərəfindən inşa edilən mənzillərə köçürülüb”, – F.Qurbanlı qeyd edib.

MİDA Azərbaycanın azad edilmiş ərazilərində üç layihəni başa çatdırıb

O vurğulayıb ki, MİDA əlçatan mənzil layihələri çərçivəsində sosial infrastrukturun inkişafına xüsusi diqqət yetirir:

“İndiyə qədər 22 sosial infrastruktur obyektinin tikintisinə başlanılıb, onlardan 16-sı artıq başa çatıb. Bunların arasında 5 məktəb, 9 uşaq bağçası, tibb mərkəzi və bələdiyyə xəstəxanası var. Tikinti başa çatdıqdan və təhlükəsiz şərait təmin edildikdən sonra obyektlər müvafiq mütəxəssislərin cəlb edilməsi ilə fəaliyyətə başlayır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv