Xalq şairindən ETİRAZ: “Oxuya bilməyən müğənniyə efirdə bir saat, mənə 10 dəqiqə verirlər”

Xalq şairindən ETİRAZ: “Oxuya bilməyən müğənniyə efirdə bir saat, mənə 10 dəqiqə verirlər”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Kitab, #Xalq şairi, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Mənim şeirlərimi özümdən yaxşı səsləndirən yoxdur. Çoxu şikayət edir ki, verilişlərə çıxmırsız, şeirlər səsləndirmirsiz. Verilişləri görün, nə günə qoyublar? Hansı verilişə gedim? Elə bil təlxək yığnağıdır. Mən şou proqramlara ümumiyyətlə getmirəm. 20-30 nəfəri fit çalmaq üçün studiyaya yığıblar. Durub gedim mənə də fit çalsınlar? Mən fitə basılmalı insanam? Mən efirə çıxıb ancaq mədəniyyətdən danışa bilərəm”.

presstvaz xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq şairi Vahid Əziz deyib.

“Azərbaycanda aparıcıların 90 faizi saqqal saxlayır. Elə bil erməni katalikosunun məktəbində oxuyurlar. Belə şey olar? Efirə çıxırsan, mədəniyyət sərgiləyirsən. Geyimləri bir yana qalsın, özlərini apara bilmirlər. Adam efirə baxanda iyrənir. Niyə bir ölçü götürmürlər? Belə efir olar? Zəng edib verilişə dəvət edirlər. Soruşuram ki, neçə dəqiqə çıxış edəcəm? Deyirlər ki, 10 dəqiqə. Deyirəm ki, mənim 80 yaşım var, oxuya bilməyən, kompüterlə səsini düzəldən müğənninin çıxışına bir saat vaxt verirlər, xalq şairini isə 10 dəqiqə üçün efirə çağırırlar. Belə olmaz axı! Efiri döndəriblər hırraxanaya. Cinayət məsələlərini də efirə çıxarıblar. Biri qayınanasına söyür, biri qayınatasına ağzına gələni deyir. Bir-birlərini təhqir edirlər, səsi də bağlayırlar ki, millət eşitməsin. Ayıb deyil? Bu gün bizim kanallar Azərbaycan xalqını geridəqalmış, mədəniyyətsiz, səviyyəsiz kimi tanıtdırır”, – deyə şair bildirib.

Xalq şairi noyabrın 23-də 80 yaşının tamam olacağını bildirib:

“Dövlətim mənə cənab prezidentimizin imzası ilə “Xalq şairi” adını verib. Bir şair üçün bundan böyük ad ola bilməz! Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyinin yəqin ki, müraciətləri olacaq. Yoldaşlar kömək etdi, 500 səhifədən ibarət kitabım çapa getdi. Arzum budur ki, bütün yaradıcılığımı çap edim, ondan sonra həyatdan gedim. Əzraillə müqavilə bağlamamışam, birdə gördün, gəldi ki, “əmioğlu, getdik” (gülür). Lazım olacaqsa gedəcəm. Bir şeirimdə demişəm ki, “gedəcəyəm, göylər məni çağırır”. Amma hələ ki, Yerdə gəzirəm”, – deyə o bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv