Bakıxanovda sürücüləri bezdirən durum: “Tıxac yaranır, getmək olmur”

Bakıxanovda sürücüləri bezdirən durum: “Tıxac yaranır, getmək olmur”






presstv

"Presstv"az #Audi, #Bakı, #Çörək, #Nəqliyyat, #Sabunçu rayonu, #Sosial şəbəkələr, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində son dövrlərdə həyata keçirilən yol nişanlanması və hərəkət istiqamətlərindəki dəyişikliklər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Sakinlərin sözlərinə görə, aparılan yeniliklər gözləntilərin əksinə, nəqliyyatın hərəkətini asanlaşdırmaq əvəzinə, daha çox çaşqınlıq, tıxac və əlavə narahatlıqlar yaradıb. Vətəndaşlar iddia edirlər ki, yeni xətləmələr və maneələr həm hərəkət intensivliyini pozur, həm də sürücülərin cərimələnməsinə səbəb olur.

Sürücülər mövcud vəziyyətlə bağlı şikayətlərini dilə gətiriblər:

“Mağazaların qabağını xətləyiblər, hamısı pulladır. Çörək almaq üçün içəri girirəm, çölə çıxıb görürəm ki, 20 manat cərimə gəlib”.

Digər bir narazı sürücü isə tətbiq edilən fiziki maneələrin yaratdığı problemi qeyd edib:

“Xətləmələrdən əlavə, götürüblər ora qırmızı dirəklər qoyublar. Tıxac yaranır, getmək olmur. Burada heç vaxt belə tıxac olmayıb. Xətləmələri də düz etməyiblər”.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv