Ramiz Quliyev dəfn olundu

Ramiz Quliyev dəfn olundu






presstv

"Presstv"az #Adil Kərimli, #Ailə, #Audi, #Fəxri xiyaban, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xalq artisti, tarzən Ramiz Quliyev dəfn olunub.

presstvaz xəbər verir ki, onun nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfndə mədəniyyət naziri Adil Kərimli, ictimaiyyət nümayəndələri, ailəsi, dostları iştirak ediblər.

13:39

Xalq artisti, tarzən Ramiz Quliyevin nəşi İkinci Fəxri xiyabana gətirilib.

presstvaz xəbər verir ki, mərhum sənətkarın İkinci Fəxri xiyabanda dəfn mərasimi keçirilir.

12:49

Xalq artisti, tarzən Ramiz Quliyev ilə vida mərasimi başa çatıb.

presstvaz xəbər verir ki, vida mərasimi Beynəlxalq Muğam Mərkəzində baş tutub.

Tarzənin vida mərasimində ictimaiyyət nümayəndələri, ailəsi, yaxınları, dostları və sənət yoldaşları iştirak ediblər.

Sənətkar alqış sədaları altında son mənzilə yola salınıb.

Onun nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

11:10

Xalq artisti, tarzən Ramiz Quliyev ilə vida mərasimi keçirilir.

presstvaz xəbər verir ki, vida mərasimi Beynəlxalq Muğam Mərkəzində baş tutur.

78 yaşında dünyasını dəyişən mərhum tarzənin vida mərasimində ictimaiyyət nümayəndələri, ailəsi, yaxınları, dostları və sənət yoldaşları iştirak edirlər.

O, İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Xatırladaq ki, Ramiz Quliyev dünən səhər saatlarında dünyasını dəyişib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv