ABŞ və Çin arasında mübahisə buğdanın qiymətini çökdürüb

ABŞ və Çin arasında mübahisə buğdanın qiymətini çökdürüb






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Audi, #Çin, #Dollar, #Donald Tramp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Buğdanın qiyməti ABŞ və Çin arasında ticarət əlaqələrinin pisləşməsi fonunda 2020-ci ildən bəri ən aşağı səviyyəyə – bir buşel (38.691 kq) üçün 4.9 dollara düşüb.

presstvaz xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Bildirilir ki, buğdanın qiyməti ardıcıl olaraq dördüncü gündür ucuzlaşır.

Birləşmiş Ştatların bazar araşdırmaları ilə məşğul olan “Hightower Report” şirkətinin bu barədə hesabatında deyilir: “Dünyada buğdaya tələbat həmişə olacaq, dünya ehtiyatlarının külli miqdarda olması onun son istehlakçılar tərəfindən durmadan satın alınmasına heç bir ehtiyac olmadığını göstərir”.

Agentlik, həmçinin qeyd edir ki, ABŞ və Çin arasında əlaqələrin pisləşməsi səbəbindən Birləşmiş Ştatların soya paxlasına tələbatı gözləniləndən az olub.

Oktyabrın 9-da Çin Ticarət Nazirliyi nadir torpaq metallarının və onlarla əlaqəli texnologiyaların ixracına nəzarət tədbirlərinin sərtləşdirilməsi haqqında iki sənəd açıqlayıb. Oktyabrın 10-da ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun ölkəsi noyabrın 1-dən və ya daha əvvəl Çin məhsullarına rüsumları 100% artıracaq, həmçinin proqram təminatına ixrac nəzarəti tədbirləri tətbiq edəcək. ABŞ-nin Çindən gələn mallara məcmu tarifləri 130% təşkil edə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv