“Neptun” özüqalxan qazma qurğusunun dənizə yola salınması münasibətilə mərasim keçirilib

“Neptun” özüqalxan qazma qurğusunun dənizə yola salınması münasibətilə mərasim keçirilib






presstv

"Presstv"az #(SOCAR), #Audi, #Azərbaycan, #Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ümid” yatağının Cənub qanadında ilk qiymətləndirmə quyusunun qazılması üçün nəzərdə tutulan “Neptun” özüqalxan qazma qurğusunun modifikasiya işlərinin tamamlanması və qurğunun dənizə yola salınması mərasimi keçirilib.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Bildirilib ki, tədbirdə SOCAR, “Nobel Upstream”, “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin (UBOC) Azərbaycandakı filialının, eləcə də “Caspian Oilfield Services” (COS) şirkətinin rəhbərləri və xidmət göstərən digər tərəfdaş şirkətlərin rəsmiləri iştirak edib.

“Neptun” qurğusu vasitəsi ilə “Ümid” yatağının Cənub qanadında sualtı qiymətləndirmə quyusunun qazılması bu ilin oktyabr ayında planlaşdırılır. Özüqalxan üzən qazma qurğusu ilə sualtı qiymətləndirmə quyusunun qazılması SOCAR tarixində ilk olacaq. Eyni zamanda, bu quyu bu günədək “Ümid” yatağında qazılan ən dərin quyu hesab olunur. Quyunun layihə dərinliyi 7 067 metr təşkil edir. Quyuda qazma işlərinin tamamlanması və lay sınağına təhvil verilməsi müddəti təxminən 10 ay nəzərdə tutulub.

Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixinə olan məlumata əsasən “Ümid” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində, ümumilikdə 12.3 milyard kubmetr qaz və 1.8 milyon ton kondensat hasil edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv