“Kapital Bank” 2025-ci ilin III rübü üzrə maliyyə nəticələrini elan edib

“Kapital Bank” 2025-ci ilin III rübü üzrə maliyyə nəticələrini elan edib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkənin birinci bankı “Kapital Bank”ın aktivləri 1 oktyabr 2025-ci il tarixinə 12.06 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5.43 milyard manat olub.

Oktyabrın 1-nə olan nəticələrə görə, bankda müştəri depozitlərinin həcmi 8.67 milyard manat təşkil edib. Bankın bu tarixə tutulmalardan sonra məcmu kapitalı 1.09 milyard manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır. Bankın xalis mənfəəti 229 milyon manat olub.

Qeyd edək ki, “Kapital Bank” “Moody’s” və “Standard & Poor’s” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı “Kapital Bank” “PAŞA Holdinq”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, “196” sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – www.kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün – www.kbl.az/prcrc.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv