Qarabağ Dirçəliş Fondunun sədri: “Minatəmizləmə sahəsində beynəlxalq sənədli film hazırlayırıq”

Qarabağ Dirçəliş Fondunun sədri: “Minatəmizləmə sahəsində beynəlxalq sənədli film hazırlayırıq”






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Kolumbiya, #Qarabağ Dirçəliş Fondu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan üzərinə heç bir öhdəlik götürmədən könüllü şəkildə Ottava Konvensiyasının, demək olar ki, bütün tələblərini yerinə yetirir. Bosniya, Laos və digər ölkələrdən fərqli olaraq, demək olar ki, Azərbaycana heç bir beynəlxalq institut və təşkilat tərəfindən ciddi maliyyə ayrılmır. 95%-dən artıq bütün xərclər bizim öz hesabımıza baş tutur”.

presstvaz xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev 30-cu Yubiley Xəzər İnşaat Həftəsində bildirib.

O qeyd edib ki, Qarabağın dirçəlişi ən müasir, ən innovativ standartlar əsasında həyata keçirilir: “Biz müxtəlif sahələrdə bunun şahidiyik. Məsələn, beynəlxalq hava limanlarının inşasını qeyd edə bilərəm. Hava limanlarının inşası dünyada olmayan bir sürətlə həyata keçirilmişdi”.

R.Hacıyev vurğulayıb ki, hazırda Qarabağda minatəmizləmə sahəsində həyata keçirilən işlər bəlkə də dünyada presedenti olmayan bir sürət və yanaşma ilə icra edilir: “Bu yaxınlarda Azərbaycan Minatəmizləmə Agentliyi ilə birgə təqdim edəcəyimiz yeni layihə çərçivəsində minatəmizləmə sahəsində beynəlxalq sənədli film hazırlayırıq. Bu film Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanır.

Film çərçivəsində bizim yaradıcı heyət Azərbaycanın Qarabağ bölgəsində Laos, Kolumbiya, Bosniyada minatəmizləmə əməliyyatları ilə tanış olublar. Bu işləri həyata keçirən dövlət qurumları, qeyri-hökumət təşkilatları minatəmizləmə üzrə ekspertlərlə, mina qurbanı olmuş şəxslərin ailə üzvləri ilə görüşlər keçiriblər”.

“Qarabağın dirçəlişi bizim üçün böyük bir fürsətdir. Bu gün Qarabağ bizim üçün innovasiyalar poliqonudur. İlk dəfə “ağıllı kənd”, “ağıllı şəhər” ifadələrini Qarabağda eşitdik. Qarabağda müəyyən testdən keçən yanaşmalar Azərbaycanda digər sahələrdə də tətbiq olunmağa başlayıb”, – deyə R.Hacıyev əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv