Fəvvarələr meydanında qanunsuz fotoqraflıq edən gənc həbs olundu

Fəvvarələr meydanında qanunsuz fotoqraflıq edən gənc həbs olundu






presstv

"Presstv"az #Audi, #Bakı, #Səbail, #Xuliqanlıq əməli

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının mərkəzində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxs məsuliyyətə cəlb edilib.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, Səbail rayonunun Nigar Rəfibəyli küçəsində – Fəvvarələr meydanının yaxınlığında müvafiq icazəsi və sənədləri olmadan küçədə fotoqraflıq edən 2001-ci il təvəllüdlü F.Kərimov (şərti) saxlanılıb. Bu zaman onun aqressiv reaksiyalar verərək müqavimət göstərdiyi, uca səslə söyüş söyərək tabesizlik etdiyi bildirilib.

İctimai asayişi pozan şəxs barəsində Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində protokol tərtib edilib və məhkəməyə göndərilib.

Səbail Rayon Məhkəməsində keçirilən iclasda 24 yaşlı fotoqraf küçə ticarəti üçün müvafiq icazə alınmalı olduğunu bilmədiyini deyib və ictimai asayişi pozduğuna görə peşman olduğunu bildirib.

Məhkəmə onu xırda xuliqanlıq əməlində təqsirli bilərək 4 sutkalıq inzibati həbs verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv