Sabiq YAP funksionerinin dələduzluqda təqsirləndirilən oğluna hökm oxundu

Sabiq YAP funksionerinin dələduzluqda təqsirləndirilən oğluna hökm oxundu






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Dollar, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Şamil Cəfərzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

presstvaz APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Şamil Cəfərzadə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, ittihama görə, Şamil Cəfərzadə dayısına qarşı dələduzluqda təqsirləndirilib. Belə ki, müttəhimin xarici ölkədə yaşayan dayısı Farxad Mamedov Azərbaycanda açdığı şirkət üçün “Azinko” yaşayış kompleksində yeni tikilən binada 165 kvadratmetr sahəlik mənzilin 3 ədəd qarajla birlikdə alınması üçün bacısı oğluna 220 min dollar verib. Lakin Şamil Cəfərzadə həmin vəsaiti talayıb.

Cinayət işi üzrə təqsirləndirilən Şamil Cəfərzadə özünü iş üzrə təsirli bilməyib və irəli sürülən ittihamları qəbul etməyib.

Təqsirləndirilən Şamil Cəfərzadəyə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) ittiham irəli sürülüb.

Şamil Cəfərzadə Yeni Azərbaycan Partiyasının (YAP) Goranboy rayon təşkilatının sabiq sədri Elçin İsmayılovun oğludur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv