Həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması məqsədilə pilot layihəyə başlanılır

Həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması məqsədilə pilot layihəyə başlanılır






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Dünya Bankı, #Lənkəran, #Quba

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Dünya Bankının maliyyə dəstəyi ilə icra etdiyi “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində “Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması” pilot layihəsinə başlayır.

presstvaz xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, pilot layihə işsiz və ya işaxtaran şəxslərin istehsal və xidmət sahələri üzrə məşğulluq imkanlarını artırmaq, o cümlədən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluğunu təmin etmiş şəxslərin bizneslərini inkişaf etdirmələrinə dəstək məqsədi daşıyır.

Layihə ilkin mərhələdə Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz və Lənkəran-Astara iqtisadi rayonlarını əhatə edəcək.

Layihədə iştirak üçün proqram iştirakçılarına dair tələblər aşağıdakılardır:

– Özünüməşğulluq proqramı çərçivəsində qurduğu təsərrüfatı son bir il ərzində fəaliyyətdə olan;

– Müraciət tarixinə Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan (bununla bağlı müvafiq vergi orqanından alınmış arayış müraciətə əlavə edilməlidir).

Qeyd edilən meyarlara cavab verən 50 benefisiar seçiləcək və onların işə qəbul etdikləri işçilərin əməkhaqqı və ona bağlı icbari ödənişlərinin ilk 3 ayda tam məbləği, növbəti 3 ayda isə 50 faizi “Məşğulluğa Dəstək Layihəsi” tərəfindən ödəniləcək.

Layihədə iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://survey.sosial.gov.az/index.php/617546?lang=az

Son müraciət tarixi 24 oktyabr 2025-ci ildir. Əlavə məlumat almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filiallarına və DOST Mərkəzlərinə müraciət edə bilərsiniz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv