Donald Tramp: “Rəcəb Tayyib Ərdoğan hörmət olunası biridir”

Donald Tramp: “Rəcəb Tayyib Ərdoğan hörmət olunası biridir”






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Audi, #Benyamin Netanyahu, #Birləşmiş Ərəb Əmirlikləri, #Donald Tramp, #İsrail, #Jurnalistlər, #Misir, #Qətər, #Qəzza, #Rəcəb Tayyib Ərdoğan, #Təl-Əviv, #təyyarə, #Türkiyə, #Yaxın Şərq, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Prezident Rəcəb Tayyib Ərdoğan möhtəşəm idi. Çox kömək oldu. Hörmət olunası biridir. Çox güclü milləti və ordusu var”.

ABŞ Prezidenti Donald Tramp bunu İsrailə səfəri zamanı təyyarədə jurnalistlərin Qəzzada sülh planı ilə bağlı suallarını cavablandırarkən deyib. O, Təl-Əvivə israilli girovların azad olunması ilə bağlı gedib. Bildirək ki, səhər saatlarında 20 sağ qalan israilli girovdan 7-si, ardınca isə daha 13-ü azad olunub. Bununla da HƏMAS bütün sağ qalan israilli girovları sərbəst buraxıb.

Donald Tramp Misirin Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirakdan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu və Prezidenti İsxaq Hersoqla barışıq prosesi ilə bağlı müəyyən danışıqlar aparıb. Qeyd edək ki, Tramp Qəzzada sülh prosesinə verdikləri töhfələrə görə Türkiyə, Qətər, Misir və Birləşmiş Ərəb Əmirliklərinə təşəkkür edib. Sülh planının ilk mərhələsində atəşkəs razılaşması əldə edilib. İkinci etapda girovların mübadiləsi aparılıb. Şarm əl-Şeyx şəhərində isə yekun sülh sazişinin imzalanması ilə bağlı önəmli nəticələr əldə oluna bilər.

Daha ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv