Bakıda məktəbin yanında kanalizasiya TƏHLÜKƏSİ – “Maşın düşsə yoxa çıxar”

Bakıda məktəbin yanında kanalizasiya TƏHLÜKƏSİ – “Maşın düşsə yoxa çıxar”






presstv

"Presstv"az #Audi, #Bakı, #Hadisə, #Sabunçu rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Sabunçu rayonunda yerləşən Sultanməcid Əfəndiyev küçəsində ciddi infrastruktur problemi yaranıb.

presstvaz xəbər verir ki, bu barədə Baku.ws-ə şikayət daxil olub.

Bildirilib ki, 155 nömrəli məktəbin və Sabunçu məscidinin yaxınlığında kanalizasiya borusunun partlaması nəticəsində tullantı suları küçəyə axır.

Ərazidə yaşayan insanların verdiyi məlumata görə, sızma birbaşa yolun ortasında baş verdiyindən ərazidə torpaq çökməyə başlayıb. Kanalizasiya quyusunun qapağı ətrafında da çöküntülər müşahidə olunur.

Sakinlər bildirir ki, problem bir neçə gündür davam edir və aidiyyəti qurumlara dəfələrlə məlumat verilməsinə baxmayaraq, indiyədək heç bir tədbir görülməyib.

“Bir-iki gün də belə davam etsə yol tam çökəcək və bədbəxt hadisə qaçılmaz olacaq. Çünki ora maşın düşsə yoxa çıxar, yerin altından o qədər böyük kanalizasiya xətti keçir”, – deyə şikayətçi vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv