Aİ “X” sosial şəbəkəsinə qarşı araşdırma çərçivəsində yeni aspektləri öyrənir

Aİ “X” sosial şəbəkəsinə qarşı araşdırma çərçivəsində yeni aspektləri öyrənir






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avropa, #Avropa Komissiyası, #Dollar, #İlon Mask

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa Komissiyası (AK) İlon Maska məxsus “X” sosial şəbəkəsinə qarşı araşdırma çərçivəsində yeni aspektləri nəzərdən keçirir.

presstvaz-ın məlumatına görə, bu barədə AK-nın sədr müavini, texnoloji suverenlik, təhlükəsizlik və demokratiya üzrə avrokomissar Henna Virkkunen “Euractiv” portalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, yoxlama zamanı Avropa İttifaqının (Aİ) Rəqəmsal Xidmətlər Haqqında Qanununun (Digital Services Act, DSA) tələblərinə riayət edilməsi ilə bağlı bir neçə mövzu təhlil edilir.

Avrokomissar əlavə edib ki, Rəqəmsal Xidmətlər Haqqında Qanunun qaydaları texnoloji şirkətlərin mənşə ölkəsindən asılı olmayaraq hamıya eyni şəkildə tətbiq edilir.

Xatırladaq ki, Aİ-də “X”ə qarşı araşdırma 2023-cü ilin dekabrında başlayıb. AK şirkəti rəqəmsal xidmətlər haqqında qanunu pozmaqda şübhəli bilir ki, bu qanun internet resurslarının operatorlarını məhkəmə qərarları olmadan Aİ-də qadağan edilmiş kimi işarələnmiş kontenti silməyə məcbur edir.

Aprel ayının 4-də “X”ə 1 milyard dollardan çox məbləğdə cərimə tətbiq edilməsi imkanının Avropa tənzimləyiciləri tərəfindən nəzərdən keçirildiyini bildirilmişdi.

Bundan əlavə, Aİ “X”ə qarşı daha bir araşdırma aparır. Qeyd edilir ki, araşdırma çərçivəsində “X” istifadəçi kontentinə qarışmaması səbəbindən Aİ-də nifrət və dezinformasiyanın yayılması mərkəzi kimi qiymətləndirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv