Minlərlə işçisi olan avtomobil nəhəngi iflas etdi

Minlərlə işçisi olan avtomobil nəhəngi iflas etdi






presstv

"Presstv"az #Avto, #Çin, #Elektrikli avtomobil, #Hadisə, #Müharibə, #Toyota

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çinli elektrikli avtomobil istehsalçısı Neta Auto rəsmi olaraq iflas prosesinə daxil olub. Bir vaxtlar Toyota tərəfindən satın alınacağı iddia edilən şirkət, 10 mindən çox işçiyə malik idi.

presstvaz xəbər verir ki, şirkət bir neçə ay əvvəl iflas üçün müraciət edib, lakin ilk müraciət qəbul edilməyib. Son mərhələdə rəsmi iflas proseduru başladılıb. Bu hadisə, avtomobil bazarında xüsusilə Çin markaları arasında gedən aqressiv qiymət müharibəsinin nə qədər ciddi nəticələr doğurduğunu göstərdi.

Neta Auto, Tayland hökuməti ilə əldə etdiyi razılaşmaya əsasən, 2025-ci ildə 19 min elektrikli avtomobil istehsal etməli idi. Ancaq şirkət indiyə qədər cəmi 4 min ədəd avtomobil istehsal edə bilib. Xüsusilə Neta S sedan modeli ilə tanınan şirkət, maliyyə təzyiqləri səbəbindən istehsalı davam etdirə bilməyib.

Mütəxəssislər bildirirlər ki, Neta Auto-nun iflası təkcə bir şirkətin çöküşü deyil, həm də Çinin elektrikli avtomobil bazarında amansız rəqabətin və qlobal tənzimləmə təzyiqlərinin avtomobil sənayesində yeni bir dövrün başlanğıcı olduğuna işarədir. Artan xərclər, azalan mənfəət marjları və agresiv qiymət siyasətləri yaxın zamanda başqa istehsalçıların da iflas riski ilə üz-üzə qala biləcəyini göstərir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv