Haaland futbol tarixinə düşdü

Haaland futbol tarixinə düşdü






presstv

"Presstv"az #Argentina, #Fransa, #Futbol, #Harri Keyn, #İngiltərə, #İsrail, #Kilian Mbappe, #Lionel Messi, #Norveç, #Polşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Norveç millisinin üzvü Erlinq Haaland yeni rekorda imza atıb.

presstvaz xəbər verir ki, o, millinin heyətində 50 qol həddinə ən tez çatan oyunçu olub.

Norveç millisi DÇ-2026-nın seçmə mərhələsində ötən gecə İsraili 5:0 hesabı ilə məğlub edib. Haaland bu görüşdə iki dəfə penaltidən yararlana bilməyib. Hər ikisini rəqib qapıçısı Daniel Peres dəf edib. Ancaq daha sonra o, 3 qol vurub. 

Bununla da Haalandın millidəki qol sayı 51-ə çatıb. O, 46 görüşdə bu saya çatıb. 

Milli komandada 50 qol həddinə ən erkən çatan futbolçular

Erlinq Haaland (Norveç) – 46
Harri Keyn (İngiltərə) – 71
Kilian Mbappe (Fransa) – 90
Robert Levandovski (Polşa) – 90
Lionel Messi (Argentina) – 107
Kriştiano Ronaldo (Portuqaliya) – 114


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv