Ən çox peşman edən və ən etibarlı avtomobillər açıqlandı – Siyahıda sürpriz markalar var

Ən çox peşman edən və ən etibarlı avtomobillər açıqlandı – Siyahıda sürpriz markalar var






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avto, #avtomobillər, #Böyük Britaniy, #Böyük Britaniya, #Cənubi Koreya, #Hyundai, #Toyota, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avtomobil alarkən qiymət, dizayn və performans qədər etibarlılıq və arıza riski də böyük rol oynayır. Böyük Britaniyada aparılan genişmiqyaslı araşdırma nəticəsində ən problemsiz və ən çox peşmanlıq yaradan avtomobil modelləri müəyyən edilib.

presstvaz xəbər verir ki, araşdırmada texniki nasazlıq tezliyi, təmir xərcləri və sürücü məmnuniyyəti nəzərə alınıb. Nəticələrə görə, Cənubi Koreya və Yaponiya istehsalçıları etibarlılıq yarışında ön sırada yer alıb.

Ən etibarlı – istifadəçilərin ən az problem yaşadığı 10 avtomobil

Hyundai i10 (2020 – bu gün)

Hyundai Santa Fe (2018 – 2024)

Kia EV3 (2024 – bu gün)

Toyota GR Yaris (2016 – bu gün)

Toyota Aygo X (2021 – bu gün)

Vauxhall Grandland (benzinli) (2024 – bu gün)

Toyota RAV4 (2019 – bu gün)

Mini Hatchback (2014 – 2024)

Volkswagen T-Roc (2018 – 2025)

Porsche Macan (2021 – bu gün)

Ən çox problem çıxaran – sürücüləri ən çox çətinliyə salan 10 avtomobil

Nissan Juke (benzinli) (2019 – bu gün)

Volkswagen Tiguan (2024 – bu gün)

Kia Sportage (2016 – 2021)

Mazda CX-60 (2022 – bu gün)

Mercedes C-Class (2021 – bu gün)

Volvo S90 (2016 – 2023) və V90 (2016 – bu gün)

Audi Q7 (2015 – bu gün)

Volkswagen ID.4 (2021 – bu gün)

Hyundai Ioniq Electric (2016 – 2022)

Renault Austral (2023 – bu gün)

Araşdırmanın diqqətçəkən nəticələrindən biri də Yapon markalarına olan güvənin əvvəlki kimi yüksək olmamasıdır. Xüsusilə Nissan modelləri son illərdə nöqsan çıxmasına görə ən çox şikayət olunan avtomobillər arasında göstərilir.

Buna qarşılıq Hyundai və Kia kimi Koreya markaları, dayanıqlılıq və müştəri məmnuniyyəti sahəsində böyük yüksəliş əldə edib və siyahının zirvəsində qərarlaşıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv