Trampdan Çinə “Boeing” hədəsi: “Əlimizdə çox şey var”

Trampdan Çinə “Boeing” hədəsi: “Əlimizdə çox şey var”






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Çin, #Donald Tramp, #Jurnalistlər, #Mətbuat konfransı, #təyyarə, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ “Boeing” şirkətinə məxsus təyyarə hissələrinin ixracına məhdudiyyət tətbiq edə bilər.

presstvaz-ın “Afr.com” nəşrinə istinadən xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Trampın sözlərinə görə, bu addım Çindən nadir torpaq metallarının ixracına qoyulan məhdudiyyətlərə Vaşinqtonun cavabı çərçivəsində atıla bilər.

“Əlimizdə bir çox şey var, o cümlədən də təyyarələr. Onların (Çin) çox sayda “Boeing” təyyarəsi var və onlara təyyarə hissələri lazımdır”, – deyə ABŞ lideri qeyd edib.

Qeyd edək ki, Donald Tramp sosial media hesabında paylaşım edərək, Çinin düşməncəsinə davranmağa başladığını və ölkələrə məktublar göndərərək, nadir torpaq elementləri ilə bağlı istehsalın hər bir hissəsinə ixrac məhdudiyyətləri tətbiq etmək istədiklərini bildirdiyini deyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv