Avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı: Qurumlar hərəkətə keçdi

Avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı: Qurumlar hərəkətə keçdi






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avto, #avtobus, #Azərbaycan, #Bakı, #Nəqliyyat, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, kadrlar bu gün səhər saatlarında Ziya Bünyadov prospektində qeydə alınıb.

Koroğlu Mübadilə Mərkəzindən çıxan avtobus dairədən dönmək əvəzinə, birbaşa rezin dirəklərin üzərindən keçərək prospektə çıxır.

Hərəkət istiqamətini dəyişmədən, düz xəttin tələbini pozaraq körpü üzərinə daxil olur.

Sərnişinlər sürücünün bu hərəkətini məsuliyyətsizlik kimi dəyərləndirirlər.

Sözügedən görüntülərlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, videogörüntü ilə bağlı araşdırma aparılaraq sürücü müəyyən ediləcək və barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək. Bir daha ümumi istifadədə olan nəqliyyat vasitələri sürücülərindən xahiş edilir ki, özlərini və xidmət göstərdikləri sərnişinləri bu cür təhlükəyə atmaqdan çəkinsinlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, həmin daşıyıcı müəyyən ediləcək və ona qayda pozan sürücü barədə ölçü götürməklə bağlı tapşırıq veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv