"iPhone"da yeni funksiya – Telefonu sizin yerinizə o cavablayacaq

"iPhone"da yeni funksiya – Telefonu sizin yerinizə o cavablayacaq






presstv

"Presstv"az #Apple, #Avto, #iPhone

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Apple iOS 26" yeniləməsi ilə "iPhone" istifadəçilərinə yeni bir təhlükəsizlik və rahatlıq imkanı təqdim edib. Yeni əlavə olunan (Call Screening) funksiyası tanımadığınız nömrələrdən gələn zəngləri avtomatik şəkildə analiz edərək, istifadəçiyə zəngin kimdən və hansı səbəblə gəldiyi barədə məlumat verir. Bu funksiya spam və avtomatik zənglərə qarşı effektiv müdafiə vasitəsi kimi nəzərdə tutulub.

presstvaz xəbər verir ki, yeni xüsusiyyət yalnız iOS 26 versiyasına sahib cihazlarda aktivləşir. Yeniləməni quraşdırdıqdan sonra istifadəçilər Ayarlar → Uygulamalar → Telefon menyusuna daxil olaraq "Bilinməyən Zəngləri Axtar" bölməsindən funksiyanı aktiv edə bilirlər. Burada üç seçim mövcuddur: "Heç vaxt", "Səssiz et" və ən faydalısı sayılan "Zəng səbəbini soruş" rejimi.

Bu rejim aktiv olduqda, rəhbərdə qeydiyyatda olmayan biri zəng etdikdə, Siri-yə bənzər səs avtomatik olaraq zəng edən şəxsə kim olduğunu və niyə zəng etdiyini soruşur. Cavab verildikdən sonra məlumat ekranda mətn şəklində göstərilir və istifadəçi zəngi qəbul edib-etməmək qərarını verə bilir.

İstifadəçi həmçinin hazır cavablardan birini seçə və ya öz mesajını yaza bilər – sistem həmin mesajı səsli formada qarşı tərəfə çatdırır. 

"Apple" istifadəçiləri istədikləri vaxt bu funksiyanı deaktiv edə bilərlər. Arama tarama xüsusiyyəti hələlik məhdud əhatədə olsa da, gələcəkdə bütün iPhone modelləri üçün diqqətçəkici yeniliklərdən biri olacağı gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv