Texasda qorxulu tapıntılar: Hyuston sakinləri təlaş içində

Texasda qorxulu tapıntılar: Hyuston sakinləri təlaş içində






presstv

"Presstv"az #ABŞ, #Audi, #çayda, #Hadisə, #Texas ştatı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Texas ştatının Hyuston şəhərində son aylarda baş verən müəmmalı hadisələr yerli sakinlər arasında təşviş yaradıb. Belə ki, ilin əvvəlindən təkcə bir su hövzəsindən 16 meyit çıxarılıb. Ölənlərdən ən gənci 20, ən yaşlısı isə 60 yaşında olub.

presstvaz “New York Post”a istinadla xəbər verir ki, bu hadisələr şəhər sakinləri arasında ciddi narahatlıq doğurub – bir çox sakin Hyustonda seriyalı qatilin dolaşdığını düşünür.

Məlumata görə, təkcə son beş gün ərzində çayda beş cəsəd tapılıb.

“Bu, sadəcə təsadüf ola bilərmi? Çətin. Hər bir hadisənin, o cümlədən qurbanların yoxa çıxmasından əvvəlki 48 saat ərzində baş verənlərin ciddi araşdırılması tamamilə əsaslıdır”, – deyə hüquq-mühafizə orqanlarından bildirilib.

Hyustonun meri Con Uitmayr isə ictimaiyyəti sakitliyə çağırıb və şəhərdə seriyalı qatilin olduğuna dair heç bir sübutun tapılmadığını vurğulayıb. Onun sözlərinə görə, tapılan meyitlərin çoxu ehtimal ki, evsiz şəxslərə məxsusdur.

“Bədbəxtlik ondadır ki, evsiz insanlar vəfat etdikdə çox vaxt bataqlıqlarda və ya su hövzələrində tapılırlar”, – deyə Uitmayr əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv