Bir sıra ölkələrdən Azərbaycana bəzi malların idxalına məhdudiyyət qoyulub

Bir sıra ölkələrdən Azərbaycana bəzi malların idxalına məhdudiyyət qoyulub






presstv

"Presstv"az #Almaniya, #Audi, #Azərbaycan, #Bolqarıstan, #Böyük Britaniy, #Böyük Britaniya, #Danimarka, #İran, #İspaniya, #İspaniyanın, #Niderland, #Qrip, #Quş qripi, #Sağlamlıq, #Yoluxucu xəstəlik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir sıra ölkələrdən Azərbaycana malların idxalına məhdudiyyət qoyulub.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Böyük Britaniya və Şimali İrlandiyanın Uelsin Pouis, Monmutşir bölgələrində blutanq xəstəliyi, İspaniyanın Kataloniya muxtar icmasında nodulyar dermatit xəstəliyi, Almaniyanın Türingiya vilayətində, İranın Ərdəbil əyalətində, Bolqarıstanın Haskovo vilayətində, Danimarkanın Cənubi Danimarka regionunda, Niderlandın Drente əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA müvəqqəti məhdudiyyət tətbiq edib.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv