Qəzənfər Əhmədov: “Azərbaycan itkinlərlə bağlı yüksək təcrübəsi olan dövlətlərlə əməkdaşlıqda maraqlıdır”

Qəzənfər Əhmədov: “Azərbaycan itkinlərlə bağlı yüksək təcrübəsi olan dövlətlərlə əməkdaşlıqda maraqlıdır”






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Baş Prokurorluq, #Hakim, #İtkin düşmüş şəxslər, #Müharibə, #Müharibə cinayətləri, #Münaqişə, #Səhiyyə Nazirliyi, #Silahlı münaqişə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan itkin düşmüş şəxslər barədə yüksək təcrübəsi olan dövlətlərin və təşkilatlarla əməkdaşlıqda maraqlıdır”.

Oxu. Az-ın məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında deyib:

“Silahlı münaqişənin yaratdığı humanitar problemdən əziyyət çəkən ölkə kimi itkin düşmüş şəxslər probleminin müxtəlif aspektləri, məsələn, siyasi iradənin səfərbər edilməsi, məlumat və təcrübə mübadiləsi, tövsiyələrin verilməsi vasitəsilə beynəlxalq səylərə əlavə töhfə verilməsi, ikitərəfli və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, itkin düşmüş şəxslərin ailələrinin hüquq və ehtiyaclarını qorumaq məqsədilə milli səylərin, o cümlədən praktiki tədbirlərin artırılması, qurbanlara yardımların dəstəklənməsi, itkin düşmüş şəxslərin qalıqlarının axtarılması, tapılması, şəxsiyyətlərinin müəyyən edilməsi və ailələrinə qaytarılması üzrə səylərin artırılması vacib məqsədlərimizdəndir”.

Onun sözlərinə görə, insanlığın üzləşdiyi iztirab və əzablardan qurtuluşun yeganə yolu silahlı münaqişələrin qarşısının alınması, dayandırılması və insanların itkin düşməsinə səbəb olan bütün hallara qarşı beynəlxalq səylərin birləşdirilməsidir.

“Son illərdə silahlı münaqişələrin artması ciddi narahatlıq yaradır. Yerli və beynəlxalq xarakterindən asılı olmayaraq bütün münaqişələr insanların itkin düşməsi, həyatını itirməsi və ağır humanitar böhranların yaranmasına səbəb olur”.

Qəzənfər Əhmədov qeyd edib ki, XXI əsrdə silahlı münaqişə tərəflərinin beynəlxalq humanitar hüquq normalarına əməl etməməsi, müharibə cinayətlərinin adi hal alması, mülki şəxslərin qorunmaması, bilərəkdən hədəfə çevrilməsi, humanitar məsələlərin siyasiləşdirilməsi, ikili standartların mövcudluğu və cəzasızlıq mühiti humanitar böhranların dərinləşməsinə zəmin yaradır:

“Dünyada yeni çağırışlara, yeni səylərə, konsepsiyalara və yanaşmalara ciddi ehtiyac var. Biz silahlı münaqişələrin tezliklə başa çatmasını, sülhün və əmin-amanlığın bərqərar olmasını, milli kimliyindən asılı olmayaraq, heç bir insanın itkin düşməməsini arzulayırıq”.

Komissiya katibi bildirib ki, işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərin dəfn yerlərinin axtarışı, qazıntı, ekshumasiya və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi istiqamətində mühüm işlər görülür:

“Bu prosesdə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş İdarəsi, Baş Prokurorluq, Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, ANAMA, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, eləcə də yerli icra hakimiyyətlərinin mühüm rolu xüsusi vurğulanıb”.

Qəzənfər Əhmədov: Azərbaycan itkinlərlə bağlı yüksək təcrübəsi olan dövlətlərlə əməkdaşlıqda maraqlıdır


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv