Aİ-yə üzv ölkələrin Tehrandakı səfirləri İran XİN-ə çağırılıb

Aİ-yə üzv ölkələrin Tehrandakı səfirləri İran XİN-ə çağırılıb






presstv

"Presstv"az #Avropa, #İran, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa İttifaqına (Aİ) üzv ölkələrin Tehrandakı səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb. Bu addım Körfəz Əməkdaşlıq Şurası və Aİ-nin birgə yaydığı bəyanata etiraz olaraq atılıb.

presstvaz xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi sözügedən bəyanatı “əsassız” adlandıraraq, Aİ-nin Fars körfəzi məsələlərinə müdaxiləsinə etiraz edib. O, bəyanatda yer alan iddiaların İranın suverenliyinə qarşı olduğunu vurğulayıb.

Diplomat qeyd edib ki, Fars körfəzində yerləşən Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adaları İranın ayrılmaz tərkib hissəsidir və bu məsələdə heç bir güzəştə gedilməyəcək.

Rəvançi, habelə, İranın raket proqramını ölkənin qanuni özünümüdafiə hüququnun bir hissəsi və regional sabitliyin təminatı kimi qiymətləndirib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv