Viktor Orban: “Biz bu gün Qəbələdə ümumi dəyərlərimizin, ortaq irsimizin və güclü birliyin təntənəsini görürük”

Viktor Orban: “Biz bu gün Qəbələdə ümumi dəyərlərimizin, ortaq irsimizin və güclü birliyin təntənəsini görürük”






presstv

"Presstv"az #Ailə, #Audi, #Avropa, #Azərbaycan, #İlham Əliyev, #Macarıstan, #Qəbələ, #Viktor Orban

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bu gün Qəbələdə biz yalnız toplantıda iştirak etmirik, həm də ümumi dəyərlərimizin, ortaq irsimizin və güclü birliyin təntənəsini görürük”.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə çıxışı zamanı deyib.

Səmimi dəvətə və göstərilən misilsiz qonaqpərvərliyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirən V.Orban qeyd edib ki, Avropadan fərqli olaraq, burada ailə dəyərlərinə hörmət və ənənələrə sadiqlik görünür.

“Biz burada bəşəri dəyərlərin qorunduğu, sabitliyin və qarşılıqlı inamın hökm sürdüyü bir mühiti müşahidə edirik. Bu toplantıda güclü liderlər bir araya gələrək gələcəyə yönəlik ortaq layihələr və strateji planlar barədə fikir mübadiləsi aparırlar. Azərbaycan Prezidenti İlham Əliyevin nailiyyətləri, ölkəsində həyata keçirilən bərpaolunan enerji layihələri, sülh və əməkdaşlığa verdiyi önəm onu göstərir ki, bu regionda uzaqgörən və uğurlu siyasət həyata keçirilir”, – deyə Macarıstanın Baş naziri vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv