Zelenski Rusiyaya qarşı yeni sanksiyalar elan etdi

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar elan etdi






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Avropa Komissiyası, #Çin, #Hindistan, #Rusiya, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hərbi sənayesi və neft sektoruna qarşı yeni məhdudiyyətlər qoyub.

presstvaz xəbər verir ki, Zelenski bu barədə özünün “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, birinci fərman müddəti bitən sanksiyaları uzadır və rusiyalı sahibkarlara şamil edilir. İkinci fərman Rusiyanın hərbi sənaye müəssisələrinə, xüsusən də dron və onların komponentlərinin istehsalçılarına məhdudiyyətlər qoyur.

Zelenski bildirib ki, üçüncü sənəd Rusiyanın neft sektoru ilə əlaqəli şəxslərə və şirkətlərə aiddir.

“Biz həmçinin Avropa İttifaqından yeni sanksiyaları, 19-cu paketi və ABŞ-dən müvafiq addımlar gözləyirik”, – deyə Ukrayna lideri əlavə edib.

Sentyabrın 19-da Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiya paketini təqdim edib. Buraya Rusiya hərbi sənaye kompleksinə yardıma görə üçüncü ölkələrə qarşı sanksiyalar, 2027-ci ilə qədər Rusiyanın mayeləşdirilmiş təbii qazına qadağa, Rusiya, Hindistan və Çinin sənaye sahələrinə daha sərt ixrac nəzarəti və digər tədbirlər daxildir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv