Bakı və Gəncədə vətəndaşlar “BakuBus”ların azlığından şikayətçidirlər

Bakı və Gəncədə vətəndaşlar “BakuBus”ların azlığından şikayətçidirlər






presstv

"Presstv"az #Audi, #Avto, #avtobus, #Azərbaycan, #Bakı, #Gəncə şəhəri, #Nəqliyyat, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir müddətdir ki, “BakuBus” paytaxtla yanaşı, Gəncədə də şəhərdaxili marşrutlar üzrə sərnişinlərə xidmət göstərir. Lakin hər iki şəhərin sakinləri eyni problemdən – “BakuBus”ların azlığından şikayətçidirlər.

“Camaat əziyyət çəkir, avtobuslar çox gec gəlir. Üstəlik, dayanacaqlarda da saxlamırlar”, – deyə sakinlərdən biri narazılığını bildirib.

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, gecikmə pik saatlarda sıxlıq və tıxacla, yaxud da marşrutlar üzrə avtobusların yetərli qədər olmaması ilə bağlı ola bilir: “280 avtobusun Gəncəyə verilməsi ilə bu şəhərin nəqliyyat problemi kökündən həll olunub. Bakıda isə avtobuslar yetərli sayda olmadığı üçün sözügedən problem hələ də davam edir”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Gəncə şəhərinin marşrut şəbəkəsi yeni formalaşdırılıb: “Marşrutların uzunluğu və sərnişin tələbatına əsasən xətlər təhlil olunub və dayanacaq yerləri müəyyən edilib. Sərnişin tələbatının öyrənilməsi ilə əlaqədar hazırda monitorinqlər aparılır, yeni dayanacaq məntəqələrinin quraşdırılması davam etdirilir”.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv