Fransanın keçmiş prezidentinin “Liviya işi” üzrə daha sərt cəza tələb edildi

Fransanın keçmiş prezidentinin “Liviya işi” üzrə daha sərt cəza tələb edildi






presstv

"Presstv"az #Audi, #Fransa, #Hakim, #Liviya, #Nikolya Sarkozi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransada prokurorlar keçmiş prezident Nikolya Sarkozinin 5 il müddətinə azadlıqdan məhrum edilməyə dair hökm oxunduğu “Liviya işi” üzrə verilən hökmdən apellyasiya şikayəti veriblər.

presstvaz xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Sarkozinin “Liviya işi”ndə, xüsusən də onun kampaniyasının Müəmmər Qəddafi tərəfindən maliyyələşdirilməsi ilə bağlı hökmün elan edilməsindən bir həftə sonra Milli Maliyyə Prokurorluğu mövcud hökmdən – beş il həbs cəzasından və şərti həbsdən apellyasiya şikayəti vermək qərarına gəlib.

Prokurorluq Sarkozinin passiv korrupsiya və dövlət vəsaitlərinin gizlədilməsi/mənimsəmə ittihamları ilə qismən bəraət hökmünü rədd edib.

Prokurorlar 7 il həbs cəzası, 5 il namizədliyini irəli sürmək qadağası və 300 min avro cərimə tələb etmişdilər.

Xatırladaq ki, sentyabrın 25-də Sarkozi “Liviya işi” adlanan iş üzrə mühakimə olunub. Bir ittiham üzrə bəraət qazanmasına baxmayaraq, Sarkoziyə 5 il həbs cəzası hökmü verilib və 100 min avro məbləğində cərimə edilib.

2021-ci il martın 1-də Nikola Sarkoziyə dinləmə işi üzrə hökm oxunub. Lakin o, hökmdən apellyasiya şikayəti verdiyi üçün həbsxanaya getməyib.

2021-ci ilin sentyabrında Sarkozi 2012-ci il seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı saxtakarlıqda da təqsirli bilinib. 2024-cü il dekabrın 18-də Fransanın ali apellyasiya məhkəməsi Sarkozinin nüfuz alveri və korrupsiya ittihamı ilə hökmünə qarşı şikayətini rədd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv