Yeraltı təkanlar ölümə səbəb oldu: Kamçatkada vulkana qalxan turistlər yıxıldılar

Yeraltı təkanlar ölümə səbəb oldu: Kamçatkada vulkana qalxan turistlər yıxıldılar






presstv

"Presstv"az #Audi, #Hadisə, #Həkim, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Kamçatka bölgəsində Vilyuçinski vulkanına qalxış zamanı üç turist yıxılıb, onlardan biri həyatını itirib.

presstvaz xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisədən sonra turistlərdən biri xilasetmə xidmətinə zəng edərək kömək istəyib. Zərərçəkənlərin yanına həkimlərin müşayiəti ilə helikopter göndərilib, həmçinin hadisə yerinə yüksək keçid qabiliyyətli texnika ilə xilasetmə qrupu cəlb olunub.

“Vilyuçinski vulkanında zərərçəkən turistlərdən biri həlak olub. Digər qız ağır vəziyyətdədir, daha bir qız isə yamacın yuxarı hissəsində tapılıb və o xəsarət almayıb”, – deyə məlumatda qeyd olunub.

Qeyd edilib ki, alpinistlərin yıxılmasına Kamçatkada müşahidə olunan təkrar seysmik təkanlar səbəb ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv