Keşlə sakinləri 15 nömrəli marşrutdan narazılıq edirlər: “Avtobus çox gec gəlir, axşam doqquzdan sonra işləmir”

Keşlə sakinləri 15 nömrəli marşrutdan narazılıq edirlər: “Avtobus çox gec gəlir, axşam doqquzdan sonra işləmir”






presstv

"Presstv"az #Audi, #Avto, #avtobus, #Bakı, #Keşlə qəsəbəsi, #Nəqliyyat, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Keşlə qəsəbəsinin sakinləri uzun müddətdir istifadə etdikləri 15 nömrəli marşrut avtobuslarının həm texniki vəziyyətindən, həm də xidmət səviyyəsindən narazılıq edirlər.

Qəsəbə sakinləri bildirirlər ki, marşrut xəttindəki nəqliyyat vasitələrinin əksəriyyəti köhnədir, oturacaqların bir çoxu isə yararsız vəziyyətdədir.

Vətəndaşlar avtobusların qrafiki ilə bağlı da ciddi şikayətlərini dilə gətiriblər. Sakinlərin sözlərinə görə, avtobuslar çox gec gəlir, bəzən isə saatlarla gəlmədiyi müşahidə olunur. Ən böyük problemlərdən biri isə axşam saat 9-dan sonra marşrutun demək olar ki işləməməsidir.

Narazı vətəndaşlardan biri vəziyyəti belə xarakterizə edib: “Yararsızdır, çox gec gəlir. Bəzən elə olur saatla gəlmir”. Digər bir sakin isə əlavə edib: “Axşam 9-dan sonra heç biri işləmir”.

Məsələ ilə bağlı münasibət bildirən marşrut sürücüləri isə yanvar ayının 1-dən etibarən xəttə yeni avtobusların daxil olacağını bildiriblər.

Daha ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv