Bakıda 50 qəpiyə limon satan kişinin hesabında bir milyon manat var

Bakıda 50 qəpiyə limon satan kişinin hesabında bir milyon manat var






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Hadisə, #Kiberdələduzluq, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paytaxtın müxtəlif ərazilərində limon satmaqla məşğul olan Yevlax sakini, 61 yaşlı Zahid Hüseynov öz adının kiberdələduzluq sxemində istifadə edildiyini iddia edir. O, adına 1 milyon manata yaxın vəsaitin mənimsənildiyi bir hesabın açıldığını bildirir.

presstvaz “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Zahid Hüseynovun sözlərinə görə, bir neçə ay əvvəl Daşkəsən Rayon Polis Şöbəsindən zəng gəlib və o, yaşlı bir qadının bank kartından kiberdələduzluq yolu ilə pul mənimsəməkdə şübhəli bilinərək Daşkəsənə aparılıb.

Hadisədən sonra ciddi narahatlıq keçirən Zahid Hüseynov adına hər hansı bir hesabın açılıb-açılmadığını yoxlamaq üçün banklara müraciət edib. Lakin heç bir bank bu məlumatı təsdiq etməyib. Ehtimal olunur ki, sözügedən vəsait elektron pul kisəsi vasitəsilə yaradılmış hesabda olub.

Zahid Hüseynovun əsas istəyi, onun şəxsiyyətindən istifadə edərək bu kiberdələduzluğu həyata keçirən cinayətkar dəstənin aşkar edilərək istintaqa cəlb edilməsidir. O, bu işin təkcə onun taleyi deyil, həm də mənimsənilən pulların əsl sahiblərinin hüquqları baxımından vacib olduğunu vurğulayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli məsələyə münasibət bildirib. O qeyd edib ki, həmin vətəndaşın müraciəti əsasında ərazi polis orqanında araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv