XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Əkinçidən 50 il sonra” kitabının təqdimatı olub

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Əkinçidən 50 il sonra” kitabının təqdimatı olub






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Azərbaycan Mətbuat Şurası, #Bakı, #Baş redaktor, #İlham Əliyev, #Kitab, #Mətbuat Şurası, #Milli Mətbuat, #Rəşad Məcid, #Sərəncam

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

XI Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Mətbuat Şurası tərəfindən hazırlanmış “Əkinçidən 50 il sonra” kitabının təqdimatı olub. Nəşr milli mətbuatın 150 illik yubileyinə həsr olunub və kitabda 1875-ci ildən bu günə kimi Azərbaycanda nəşr olunan qəzet və jurnallar haqqında biblioqrafik məlumatlar yer alıb.

presstvaz  AZƏRTAC -a istinadən xəbər verir ki, kitab Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən nəşr olunub və uzun illərin araşdırmalarının nəticəsidir.

Tədbirdə Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev, kitabın redaktoru Elşən Əliyev, professor Qulu Məhərrəmli, “Şərq” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Akif Aşırlı və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid yeni nəşrin əhəmiyyətini qeyd edib.

 

“Bu kitab asanlıqla oxunur və onun məzmunu ilə tanış olan hər kəsdə həqiqi maraq doğurur”, – deyə Şura sədri vurğulayıb.

R.Məcid vurğulayıb ki, bu kitabın nəşri barədə qərar məhz Prezident İlham Əliyev tərəfindən milli mətbuatın 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalandıqdan sonra verilib.

Kitabın müəllifi, Əməkdar mədəniyyət xadimi Müsəllim Həsənov nəşrin ideyasının necə yarandığını açıqlayıb.

“Bir qayda olaraq, kitabın yazılması aylar, bəzən isə hətta illər aparır. Lakin bu halda iş daha sürətlə irəliləyirdi. Arxivdə tamam başqa axtarışlarla məşğul idim və gözlənilmədən “Birinci Türk qəzetinin 50 illiyi ilə bağlı yazışmalar” adlı sənədlər qovluğuna rast gəldim və bu, məndə böyük maraq doğurdu”, – deyə müəllif bəhs edib.

M.Həsənovun sözlərinə görə, araşdırma zamanı o müəyyən edib ki, 1925-ci ildə “Əkinçi” qəzetinin nəşr edilməsinin 50 illiyi tamam olan zaman Azərbaycan rəhbərliyi qəzetin yubileyini qeyd etmək qərarına gəlib.

“Bu materiallar kitabın əsasını təşkil etdi. Bundan sonra mən mətbuat tarixinin tədqiqatçıları – Rəşad Məcid, Akif Aşırlı və professor Qulu Məhərrəmliyə müraciət etdim. Məhz onların dəstəyi və birgə səyləri sayəsində kitab nəşr olundu”, – deyə o vurğulayıb.

Təqdimat zamanı kitabın redaktoru Elşən Əliyev də nəşrin üzərində gördüyü işlərlə bağlı təəssüratlarını bölüşüb.

Onun sözlərinə görə, Müsəllim Həsənovun əsərlərini redaktə etmək eyni zamanda həm asan, həm də çətindir. Onun mətnləri zəngin dil, obrazlılığı, asan başa düşülməsi ilə seçilsə də, eyni zamanda müəllifin yüksək peşəkarlığına görə diqqətlilik tələb edir.

“Biz geniş araşdırma apardıq və geniş material topladıq. Onun əsərlərini oxuyaraq jurnalistikada çox şey öyrənmək olar – onlar tərz və ifadə üslubunu təkmilləşdirməyə kömək edir. Əminəm ki, bu kitab mütləq oxunmalıdır”, – deyə Elşən Əliyev qeyd edib.

Tədbirdə Mətbuat Şurasının sədri Rəşad Məcid təşəkkür əlaməti olaraq AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevə kitabın bir nüsxəsini hədiyyə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv