10 il daha uzun yaşamağın ən asan yolu

10 il daha uzun yaşamağın ən asan yolu






presstv

"Presstv"az #Araşdırma, #diabet, #Düzgün qidalanma, #Qırmızı ət, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gənclikdə qidalanma rasionunun dəyişdirilməsi ömrü 10 ildən çox uzada bilər. Araşdırmalar göstərib ki, yaşlı insanlarda da rasionun dəyişdirilməsi effekt verir, lakin təsiri bir qədər zəif olur, amma yenə də hiss ediləcək dərəcədə qalır.

presstvaz xarici mediaya istinadla xəbər verir ki, araşdırmanın nəticələrinə əsasən, 20 yaşından etibarən tipik Qərb rasionundan daha balanslaşdırılmış pəhrizə davamlı keçid qadınlarda ömrü 10,7 il, kişilərdə isə 13 il artıra bilər.

Ən çox təsir edən amillər
Ömrün uzanmasına ən böyük töhfə verən dəyişikliklər bunlardır:

Paxlalıların, qoz-fındıq və tam taxıllı məhsulların daha çox istehlakı, qırmızı və emal olunmuş ətin azaldılması, tərəvəz, meyvə və sağlam yağların (məsələn, zeytun yağı, avokado) rasiona daxil edilməsi.

Yaşlılıqda dəyişiklik
Hətta rasionu daha yetkin yaşlarda dəyişmək də fayda verir. 60 yaşında optimal qidalanmaya keçid ömrü 8-8,8 il, 80 yaşında isə təxminən 3,4 il uzada bilər.

Sağlam həyatın açarı
Alimlər bildirirlər ki, uzunömürlülüyün sirri yalnız zərərli məhsullardan imtina deyil, həm də davamlı vərdişlərin formalaşdırılmasıdır.

Təzə meyvə və tərəvəzlərin müntəzəm qəbulu, bitki mənşəli zülak mənbələrinin rasiona əlavə edilməsi, duz və şəkərin istifadəsinə nəzarət, qırmızı ət və yüksək dərəcədə emal olunmuş məhsulların ölçülü istehlakı.

Gənclikdə düzgün qidalanma "sağlamlıq ehtiyatı" yaradır, ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet və bəzi xərçəng növlərinin riskini azaldır, nəticədə ömrün əhəmiyyətli dərəcədə uzanmasını təmin edir./lentaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv