Səsdə xırıltı, boğaz tutulması – Yeni COVID ştammının əlamətləri

Səsdə xırıltı, boğaz tutulması – Yeni COVID ştammının əlamətləri






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Böyük Britaniy, #Böyük Britaniya, #COVID-19, #COVID-19 pandemiyası, #Həkim, #Koronavirus, #pandemiya, #Qrip, #Soyuqdəymə, #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin sentyabr ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni XFG koronavirus ştammını, "Stratus" adlanan variantı müşahidə altındakı variantların siyahısına daxil edib.

presstvaz xarici mediaya istinadla xəbər verir ki, yoluxma halları xüsusən ABŞ və Avropanın bir sıra ölkələrində artır. 

Böyük Britaniyada bu ştamm artıq dominant olub və bütün yoluxma hallarının təxminən 63 faizini təşkil edir. Xəstəliyin ilk əlamətlərindən biri səsin xırıltılı və ya boğuq olmasıdır. Əvvəllər bu əlamət COVID-19 üçün xarakterik deyildi, bu isə onu erkən diaqnostika üçün xüsusilə vacib edir.

Bundan əlavə, yeni ştammın digər geniş yayılmış əlamətlərinə boğaz ağrısı, öskürək, yüngül təngnəfəslik, burun axması, baş ağrısı, əzələ və oynaq ağrıları, yorğunluq, ürəkbulanma, yüngül hərarət və bəzən dad və ya qoxu hissinin itməsi daxildir.

Risklər və təhlükələr
"Stratus" əvvəlki ştammlarla müqayisədə daha ağır xəstəlik formalarına səbəb olmasa da, yüksək yoluxuculuğu və immun cavabı qismən dolanmaq qabiliyyəti onu xüsusilə təhlükəli edir. Əvvəllər yoluxmayan və ya vaksin olunmayan şəxslər daha yüksək risk altındadır. Böyük Britaniyada xəstəxanaya yerləşdirilmə hallarının artdığı müşahidə olunur, xüsusən yaşlılar və immun sistemi zəif olan şəxslər arasında.

Peyvəndləmə və profilaktika

Peyvəndləmə ağır xəstəlik və hospitalizasiya hallarının qarşısını almaq üçün ən effektiv üsul olaraq qalır. Avrops İttifaqı ölkələri payız mövsümünə COVID-19, qrip və respirator-sinsitial virus (RSV) əleyhinə peyvəndləmə kampaniyasına hazırlaşırlar.

"Stratus"un əlamətləri çox hallarda soyuqdəymə və ya qripi xatırladır, bu da test olmadan diaqnozu çətinləşdirir. Lakin digər tənəffüs əlamətləri fonunda səsin xırıltılı olması məhz bu ştammın göstəricisi ola bilər.

Mütəxəssislər nəfəs darlığı, sinədə ağrı və ya təzyiq, başgicəllənmə, şüurun qarışması, güclü susuzluq, orqanizmin susuzlaşması və yüksək hərarət hallarında həkimə müraciət etməyi məsləhət görürlər.

Profilaktika üçün əllərin gigiyenasına riayət etmək,ictimai yerlərdə maskalardan istifadə etmək, xəstə şəxslərlə təmasdan qaçmaq tövsiyə olunur. Əlamətlər yarandıqda evdə qalmaq və tövsiyə edilən qruplara daxil olan şəxslərin peyvənd olunması.

"Stratus" ştammı göstərir ki, COVID-19 pandemiyası hələ bitməyib və səhiyyə sistemi yeni çağırışlarla üzləşməkdə davam edir. Xəstəlik formaları daha ağır olmasa da, onun yayılması hospitalizasiya hallarının artmasına səbəb ola bilər. Peyvəndləmə və profilaktik tədbirlərə əməl etmək yoluxma risklərini azaltmaq və epidemioloji vəziyyətə nəzarət etmək üçün əsas vasitələrdir./Lent.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv