Astarada intensiv yağışlar körpünü qəzalı vəziyyətə saldı – 2 500 sakin alternativ yollar axtarır

Astarada intensiv yağışlar körpünü qəzalı vəziyyətə saldı – 2 500 sakin alternativ yollar axtarır






presstv

"Presstv"az #Audi, #Bələdiyyə, #Təbii fəlakət, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Astarada yağan güclü və intensiv yağışlar nəticəsində rayonun Sərək kəndindəki körpü qəzalı vəziyyətə düşüb. Bu hal Sərək və Deqədi kəndlərinin 2 500-ə yaxın sakinin gündəlik hərəkətində ciddi problemlər yaradıb.

Təxminən 5 metr eni və 20 metr uzunluğu olan körpünün dağılması ilə əlaqədar kənd camaatı çətin vəziyyətlə üzləşib. Sakinlər xüsusilə uşaqları məktəbə aparmaqda çətinlik çəkdiklərini bildirirlər. Kənd sakini qeyd edib ki, sentyabrın 20-də baş verən təbii fəlakətdən sonra körpü yararsız hala düşüb və valideynlər uşaqları məktəbə aparmaq üçün hər gün işlərindən qalmalı olurlar.

Digər bir sakin isə rayon mərkəzinə getmək üçün qarşılaşdıqları problemi dilə gətirib: “Körpü dağılıb, yolumuz yoxdur. Evlərimizə gedə bilmirik. Alternativ yol da yoxdur. Rayon mərkəzinə çatmaq üçün təxminən 20 kilometr dövr etmək məcburiyyətindəyik.”

Məsələ ilə bağlı Sərək kənd bələdiyyəsinin sədri Mehman Quliyev vəziyyətə aydınlıq gətirib. Sədr bildirib ki, sözügedən körpünün təmir-bərpa işlərinə başlanılacaq və onun 10-12 gün ərzində əvvəlki vəziyyətinə qaytarılması planlaşdırılır.

Hazırda aidiyyəti qurumlar tərəfindən körpünün bərpası üçün zəruri addımlar atılır.

Daha ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv