İsmayıllıda yolu olmayan Yeniyol kəndi: “Gərək atla hərəkət edəsən”

İsmayıllıda yolu olmayan Yeniyol kəndi: “Gərək atla hərəkət edəsən”






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Hakim, #İsmayıllı rayonu, #Məhkum

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsmayıllı rayonunun Yeniyol kəndinin sakinləri yolsuzluqdan əziyyət çəkirlər.

Bununla bağlı presstvaz-a müraciət daxil olub.

Qeyd olunub ki, kəndin yollarında ancaq atla və ya “Niva” avtomobili ilə hərəkət etmək mümkündür.

“XXI əsrdə insanların bu cür yolsuzluq şəraitində yaşamağa məhkum olmaları başadüşülən deyil. Dəfələrlə aidiyyəti üzrə müraciət etmişik, amma səsimizi eşidən və bir tədbir görən yoxdur”, – deyə şikayətdə bildirilir.

İsmayıllı Rayon İcra Hakimiyyətindən presstvaz-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin ərazi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansındadır.

Məsələ ilə bağlı presstvaz-a açıqlamasında AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki, Yeniyol kəndinin iki kilometrlik hissəsi qurumun balansındadır.

“Həmin yolun tam olaraq əsaslı yenidənqurulması ilə bağlı təkliflər hazırlanıb və dövlət proqramına salınması üçün aidiyyəti üzrə göndərilib. Bu məsələ dövlət proqramına salınandan sonra maliyyə vəsaiti ayrılacaq və yol əsaslı şəkildə yenidən qurulacaq”, – deyə A.Nəcəfli vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv