SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında Əlaqələndirmə Komitəsinin 9-cu iclası keçirilib

SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında Əlaqələndirmə Komitəsinin 9-cu iclası keçirilib






presstv

"Presstv"az #(SOCAR), #Almaniya, #Audi, #Avropa, #Azərbaycan, #Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Almaniyanın “Uniper” şirkəti arasında Əlaqələndirmə Komitəsinin 9-cu iclası keçirilib.

presstvaz xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

İclasda öncə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun, “Uniper SE”nin kommersiya üzrə direktoru Karsten Poppinqanın və Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın çıxışları dinlənilib. Sonra SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva əsas məruzə ilə çıxış edib.

Çıxışlarda SOCAR ilə “Uniper” şirkəti arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib, birgə həyata keçirilən layihələrin Avropa enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Şirkətlər arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində görülən işlər xüsusi vurğulanıb.

Daha sonra SOCAR-“Uniper” əməkdaşlığı, Cənub Qaz Dəhlizi üzrə mövcud vəziyyət, Avropa enerji siyasəti və yeni tendensiyalar, enerji keçidi, dayanıqlılıq və dekarbonizasiya, şirkətlərin kommunikasiya və ictimaiyyətlə əlaqələr, kadr siyasəti barədə təqdimatlar edilib, mövzular əsasında fikir mübadiləsi aparılıb. İclasda, eyni zamanda, kommunikasiya və korporativ sosial məsuliyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.

Sonda SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında 2025-26-cı illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv