“Bayraktar Teknoloji Azərbaycan” PUA istehsalına başlayıb

“Bayraktar Teknoloji Azərbaycan” PUA istehsalına başlayıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Ordusu, #Bakı, #İqtisadiyyat Nazirliyi, #Müharibə, #Nəsimi Rayonu, #Selçuk Bayraktar, #Türkiyə, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin “Baykar Makina” şirkətinin yerli törəməsi “Bayraktar Teknoloji Azərbaycan” MMC pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayıb.

presstvaz “Report”a istinadən xəbər verir ki, müəssisə istehsalı İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkında həyata keçirir.

Məhsullar hələ ki daxili bazar üçün nəzərdə tutulub.

“Bayraktar Teknoloji Azərbaycan”a Sumqayıt Sənaye Parkının rezidenti statusu bu ilin may ayında verilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Bayraktar Teknoloji Azərbaycan”ı 2022-ci ildə dövlət qeydiyyatına alıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi, 115, nizamnamə kapitalı 1.7 milyon manat, qanuni təmsilçisi isə “Baykar Makina”nın sahə koordinatoru Hüseyn Topuzdur.

“Baykar Makina” “Bayraktar” PUA-larının istehsalı ilə məşğuldur. Azərbaycan Ordusunun 2020-ci ildəki Vətən müharibəsində geniş tətbiq etdiyi bu PUA-ların yaradıcısı Selçuk Bayraktardır. O, həm də “Baykar Savunma” şirkətinin texniki direktorudur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv