VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin yekunları elan olunub

VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin yekunları elan olunub






presstv

"Presstv"az #Adil Kərimli, #Arzu Əliyeva, #Audi, #Azərbaycan, #Bakı, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #İlham Əliyev, #Media Mərkəzi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Oktyabrın 2-də VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin yekunlarına həsr edilmiş təntənəli mərasim keçirilib.

presstvaz AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da iştirak edib.

2013-cü ildən etibarən artıq 7-ci dəfədir ki, Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin keçirildiyini deyən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə ilk müsabiqədə 20 ölkədən 100-dən çox layihənin təqdim olunduğunu xatırladıb. O, fikirlərinə belə davam edib: “Bu ənənəni davam etdirməyi qərara aldıq və hər iki ildən bir təkrarladıq. Müsabiqədə iştirak edənlərin sayı ildən-ilə artırdı. Budəfəki müsabiqədə 40-a yaxın ölkədən 270 layihə təqdim olunub. Bu müsabiqə Beynəlxalq Memarlar İttifaqının 5 ən nüfuzlu müsabiqələrindən biridir. Münsiflər heyəti hər zaman 5 nəfərdən ibarət olub. Onlardan 4-ü Beynəlxalq Memarlar İttifaqı səviyyəsində tanınmış və təqdim olunmuş xarici ekspertlərdir. Yeddi nominasiya üzrə keçirilən müsabiqə kifayət qədər mötəbərdir”.

Mədəniyyət naziri Adil Kərimli Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi çərçivəsində dünyanın bir çox tanınmış memarlarının iki ildən bir paytaxtımızda toplaşaraq ən vacib məsələlərin həllində birgə iştirak etdiklərini və bu sahənin inkişafına öz töhfələrini verdiklərini bildirib.

“Prezident İlham Əliyev memarlığın inkişafına dayanıqlı və hərtərəfli dəstək göstərir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin hamisidir. Mehriban xanım Əliyeva mədəniyyətin vacib sahələrindən biri kimi memarlığa da xüsusi diqqət yetirir, mədəni irsin qorunması, bərpası və onun gələcək nəsillərə çatdırılması işinə öz töhfəsini verir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu xanım Əliyeva da mədəniyyət sahəsində layihələri həm yaxından dəstəkləyir, həm də bütövlükdə mədəniyyət xadimlərinin, memarların ən yaxın dostlarıdırlar”, – deyə nazir qeyd edib.

Sonra müsabiqənin münsiflər heyətinin üzvləri Azərbaycan Memarlar İttifaqının ali mükafatı – akademik Mikayıl Hüseynov xatirə medalı ilə təltif olunublar.

Daha sonra müsabiqənin yekunları elan olunub. Hər nominasiya üzrə üç yerin qalibi təltif edilib.

Tədbir bədii hissə ilə davam edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv