Son model avtomobil qəza etdi, amma yastıqlar açılmadı: Səbəb nədir?

Son model avtomobil qəza etdi, amma yastıqlar açılmadı: Səbəb nədir?






presstv

"Presstv"az #Audi, #Avto, #avtomobillər, #Hadisə, #Sosial şəbəkələr, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son model avtomobil qəza edib, amma avtomobildə heç bir təhlükəsizlik yastığı açılmayıb. Sosial şəbəkələrdə bu barədə videogörüntülər yayımlanıb.

Bu hadisə hər kəsdə sual doğurur: elə də ucuz olmayan yeni avtomobillərdə təhlükəsizlik yastıqları niyə açılmayıb?

presstvaz Xəzər TV-yə istinadla xəbər verir ki, usta Sahil Ağabəylinin sözlərinə görə, avtomobil kənardan zərbə aldıqda təhlükəsizlik yastıqlarının sensorları bəzən bunu qəza kimi qəbul etmir. Ona görə də yastıqlar açılmaya bilər. Onun sözlərinə görə, sensorlar hətta qəzanın ağırlıq dərəcəsini və zərbənin hansı bucaqdan dəydiyini düzgün hesablayır.

Ara küçələrdə və ya dar dalanlarda bəzi sürücülər çox vaxt təhlükəsizlik kəmərindən istifadə etmirlər. Bu da təhlükəsizlik yastıqlarının işləməməsinə səbəb ola bilir. Mütəxəssislər əlavə edirlər ki, yastıqların aktiv olması üçün sürücünün kəmərdən istifadə etməsi vacibdir.

Təhlükəsizlik kəməri taxılmadıqda yastıqlar çox vaxt işə düşmür, çünki sistem sürücünü qoruma mexanizmini kəmərlə birlikdə işə salır. Mütəxəssislər sürücülərə tövsiyə edirlər ki, həm təhlükəsizlik kəmərindən istifadə etsinlər, həm də avtomobilin təhlükəsizlik yastıqlarının sensorlarının texniki vəziyyətinə daim nəzarət etsinlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv