Bakıda sahibkar xanımın BMW-sindən oğurluq edilib

Bakıda sahibkar xanımın BMW-sindən oğurluq edilib






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avto, #Bakı, #Binəqədi rayonu, #Cinayət işi, #iPhone, #Mobil telefon, #Toyota

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda sahibkar xanımın avtomobilindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxsə cəza verilib.

presstvaz “Qaynarinfo”ya istinadla xəbər verir ki, oğurluğu 1985-ci ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuş Mübariz Ağayev törədib. Onun Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Mübariz Ağayev Binəqədi rayonu 4-cü mikrorayon ərazisindəki şadlıq sarayının yaxınlığında BMW markalı avtomobildən oğurluq edib. Təqsirləndirilən şəxs əvvəlcə maşının içərisinə baxdıqda arxa oturacaqda qadın çantasının olduğunu görüb. O, üzərində olan avtomobil şamı (“sveça”) ilə BMW-nin şüşəsini sındırıb və çantanı götürərək oradan uzaqlaşıb.

Avtomobil turizm şirkətlərdən birinin rəhbəri Vəfa Məmmədovaya məxsus olub. Nəticədə onun şəxsiyyət və sürücülük vəsiqəsi, avtomobilin texniki şəhadətnaməsi, bir ədəd 350 manat dəyərində qızıl boyunbağı, bir ədəd 600 manat dəyərində qızıl qolbağı, iki ədəd, biri 70 manat, digəri 100 manat dəyərində tək qızıl sırğa, bir ədəd 300 manat dəyərində qırıq vəziyyətdə naxışlı qolbağı, bir ədəd 100 manat dəyərində ağ rəngli “iPhone 14 Pro” markalı mobil telefonun enerji kabeli, bir ədəd 400 manat dəyərində tünd göy rəngli “Prada” markalı pul qabı, həmin pul qabının içərisində 72 manat pul, bir ədəd 100 manat dəyərində “İydə” adlı ətir, 14 485 avro və 3 800 manat pulunun olduğu qara rəngli “Prada” markalı çantanın oğurlanıb.

Aparılan araşdırma zamanı təqsirləndirilən şəxsin “Toyota RAV4” avtomobilindən də oğurluq etməsi məlum olub. Mübariz Ağayev zərərçəkmiş Zaur Şirinovun idarə etdiyi avtomobildən içərisində 1 700 manat olan pul kisəsini oğurlayıb.

Məhkəmənin hökmü ilə Mübariz Ağayev 4 il müddətə azadlıqdan məhrum edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv