Polşa öz hava məkanını sərt şəkildə qorumağa hazırdır

Polşa öz hava məkanını sərt şəkildə qorumağa hazırdır






presstv

"Presstv"az #Audi, #Avropa, #Polşa, #Rusiya, #təyyarə, #Ukrayna, #Varşava, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Varşava və NATO-nun ölkəsinin hava məkanını pozan hərbi təyyarələri vurmağa hazır olduğunu bəyan edib.

presstvaz xəbər verir ki, nazirin sözlərini TVN24 telekanalı yayıb.

O bildirib ki, NATO təyyarələri vurmağa hazırdır, lakin hər bir qərar konkret vəziyyət araşdırılandan sonra komandirlər və pilotlar tərəfindən qəbul edilir.

Kosinyak-Kamış vurğulayıb ki, komandirlərin Polşanı qoruyan qərarlar qəbul etmək hüququ var. Hərbçilərə pilotsuz uçuş aparatları kimi, təyyarələri də vurmaq icazəsi verilib.

“Ümumi mövqeyimiz çevik reaksiya vermək, düşməni çəkindirmək və cəsarətli qərarlar qəbul etməkdən ibarətdir. NATO-nun baş komandanlığı üzərimizə məhz bu vəzifələri qoyur”, – deyə nazir bildirib.

Qeyd edək ki, Avropada NATO qüvvələrinin sabiq komandanı Ceyms Stavridis sentyabrın 29-da Alyansı Rusiya aviasiyasına qarşı daha qətiyyətli addımlar atmağa çağırıb. Onun fikrincə, NATO üzvü olan ölkələrin hava məkanını pozan pilotsuz uçuş aparatlarını və təyyarələri vurmalı, daha sonra Ukrayna üzərində uçuşsuz zona tətbiq edilməsi imkanını nəzərdən keçirməlidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv