“Formula-1” komandanın direktoruna külli miqdarda pul qazandırdı

“Formula-1” komandanın direktoruna külli miqdarda pul qazandırdı






presstv

"Presstv"az #Audi, #Dollar, #Formula-1

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“McLaren Racing Limited” şirkətinin baş icraçı direktoru Zek Braun “Formula-1″üzrə dünya çempionatında komandasının Mühəndislər Kubokunda qalib gəlməsi sayəsində 2024-cü ildə 37.3 milyon funt sterlinq (50 milyon dollar) gəlir əldə edib.

presstvaz xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.

Bildirilib ki, bir il əvvəl həmin rəqəm təqribən 26.4 milyon funt sterlinq təşkil edib.

“McLaren F1 Team” 2024-cü ildə 1998-ci ildən etibarən ilk dəfə “kral yarışlarının” Mühəndislər Kubokunu qazanıb. Komanda bu il də turnir cədvəlinə başçılıq edir və vaxtından əvvəl qələbə qazana bilər.

Şəxsi hesabda mübarizədə isə ilk iki yerdə komandanın pilotları – Oskar Piastri və Lando Norris qərarlaşıblar.

Hesabatda deyilir ki, “McLaren Group”un 2024-cü ildə qazancı 23 faiz artaraq 530.3 milyon funt sterlinqə çatıb, vergitutmadan əvvəlki gəlir üç dəfə artaraq 37.5 milyon funt sterlinq təşkil edib.

“McLaren Group”un əsas səhmdarları Bəhreynin “Mumtalakat” suveren fondu və BƏƏ-nin “CYVN Holdings” investisiya fondu avqust ayında “McLaren Racing”in minoritar səhmdarlara məxsus səhmlərinin 30 faizini əldə edərək komanda üzərində tam nəzarət əldə ediblər. Komanda sövdələşmədə 3 milyard funt sterlinqdən çox dəyərləndirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv