Sentyabrda KTM-ə zəhərlənmə səbəbi ilə gətirilənlərdən üç nəfər ölüb

Sentyabrda KTM-ə zəhərlənmə səbəbi ilə gətirilənlərdən üç nəfər ölüb






presstv

"Presstv"az #Audi, #Həkim, #Kliniki Tibbi Mərkəz, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin sentyabr ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 91 nəfər (81 nəfər ağır vəziyyətdə olmaqla) zəhərlənmə səbəbi ilə qəbul olunub.

presstvaz xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Bildirilib ki, onlardan 35 nəfəri dərman preparatlarından, 27 nəfəri sirkə turşusundan, ikisi spirtli içkilərdən, səkkizi ilan sancmasından, yeddisi allergik reaksiyadan, ikisi yandırıcı məhlullardan, biri həlledici maddədən, altısı fosfor üzvi birləşmələrdən, ikisi anafilaktik şokdan, biri isə inhalyasion zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.

“Pasiyentlərin hər birinə tibb personalı tərəfindən intensiv müalicə tədbirləri tətbiq edilib.

Düzgün müalicə taktikaları nəticəsində 88 nəfər sağalaraq, qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə yazılıb.

Bununla belə, aparılan intensiv tədbirlərə baxmayaraq, təəssüf ki, üç nəfərin (iki kişi, bir qadın olmaqla) həyatını xilas etmək mümkün olmayıb. Ölüm hallarının əsas səbəbi sirkə turşusu və dərman preparatları ilə ağır zəhərlənmə olub.

Əhalini məişətdə təhlükəli kimyəvi maddələrdən istifadə zamanı diqqətli olmağa, dərman preparatlarını yalnız həkim göstərişi ilə qəbul etməyə və xüsusən də sirkə turşusundan istifadə edərkən ehtiyatlı davranmağa çağırırıq”, – məlumatda deyilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv