Almaniya XİN rəhbəri məcburi hərbi xidmətin təcili bərpa olunmasına çağırdı

Almaniya XİN rəhbəri məcburi hərbi xidmətin təcili bərpa olunmasına çağırdı






presstv

"Presstv"az #Almaniya, #Audi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniyanın xarici işlər naziri Yohann Vadefuhl ölkədə məcburi hərbi xidmətin təcili şəkildə bərpa edilməsinin tərəfdarı olduğunu bildirib.

presstvaz xəbər verir ki, nazir bu barədə “Funke” media qrupuna müsahibəsində danışıb.

Onun sözlərinə görə, məsələni dəfələrlə gündəmə gətirsə də, hələlik koalisiya daxilində razılıq əldə olunmayıb.

“Biz bu məsələdə koalisiyada bir-birimizlə müzakirələr aparmalıyıq. Hökumət artıq təkliflərini irəli sürüb, indi isə fraksiyalar danışıqlar aparmalı və qanunun konkret necə olacağına dair qərar verməlidirlər. Əlbəttə, bütün halları nəzərə almaq lazımdır”, – deyə Vadefuhl vurğulayıb.

Gözlənilir ki, Bundestaq Almaniyada hərbi xidmətin yeni modeli haqqında qanun layihəsini gələn həftə müzakirəyə çıxaracaq. Müdafiə Nazirliyi Bundesverin sayını 260 min hərbçiyə, ehtiyat qüvvələrini isə 200 min nəfərə çatdırmağı hədəfləyir.

Xatırladaq ki, avqustun 27-də Almaniya hökuməti müdafiə naziri Boris Pistoriusun hərbi xidmətin yeni modelinə dair qanun layihəsini təsdiqləyib. Layihə İsveç modelinə əsaslanır: bütün məktəb məzunları hərbi müayinədən keçirlər, lakin onların yalnız bir hissəsi faktiki xidmətə cəlb olunur.

Sənəddə “icra edilməli elementlər” də yer alır – çağırışçıların yoxlanılmasının bərpası, həmçinin 18-25 yaş arası kişilərin xidmətə hazır olduqlarını bəyan edən ərizə doldurmaları nəzərdə tutulur. Bununla yanaşı, ümumi hərbi mükəlləfiyyətə dönüş də istisna edilmir.

Qeyd edək ki, Almaniyada məcburi hərbi çağırış 2011-ci ilin iyulunda ləğv edilib və bundan sonra ölkə peşəkar orduya keçib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv