ABŞ hökuməti işini dayandırdı

ABŞ hökuməti işini dayandırdı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Azərbaycan, #Bakı, #Dollar, #Donald Tramp, #Məzuniyyət, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

1 oktyabr tarixində, şərq vaxtı ilə 00:01-də (Bakı vaxtı ilə 08:01) ABŞ-də hökumət fəaliyyətini rəsmən dayandırıb (şatdaun). Buna səbəb Konqresin yeni maliyyə ili üçün büdcəni qəbul edə bilməməsi olub.

presstvaz RBK-ya istinadla xəbər verir ki, şatdaun dövründə dövlət qurumlarının vəsait xərcləməsi qadağan edilib.

Əksər dövlət qulluqçuları ödənişsiz məzuniyyətə göndərilib, yalnız kritik sahələrdə çalışanlar – tibb işçiləri, sərhəd mühafizəçiləri, hərbçilər, nəqliyyat işçiləri və digərləri maaşsız işləməyə məcbur olacaqlar.

Bu, son yeddi ildə ilk tam şatdaundur. Son illərdə Konqres, adətən, müvəqqəti büdcə qanunları (continuing resolution, CR) qəbul etməklə hökumətin fəaliyyətini qismən davam etdirirdi. ABŞ müasir tarixində, indiki də daxil olmaqla, 21 dəfə şatdaun baş verib.

Ən uzunmüddətli şatdaun ABŞ Prezidenti Donald Trampın ilk prezidentlik dövründə qeydə alınıb. O, 2018-ci ilin 22 dekabrından 2019-cu ilin 25 yanvarınadək 35 gün davam edib. Həmin vaxt ödənişsiz məzuniyyətə göndərilən dövlət qulluqçuları ərzaq yardımı almağa məcbur qalmış, maaşsız işləyənlər isə kütləvi şəkildə xəstəlik vərəqəsi götürmüşdülər. Bu proses ABŞ iqtisadiyyatına 3 milyard dollara başa gəlmişdi.

Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfirliyi də şatdaunla bağlı bəyanat yayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv